FSP / Adətən sənədlərə Leqalizasiya və Məhdudluq sənədindən başlamağı məsləhət görürük. Çünki bu iki sənəd ən çox zamn alan və səbr gərəkdirən sənədlərdir.
- Şəxsiyyətinizi təsdiq edən sənəd.
- Bu Azərbaycanda yaşayanlar üçün pasport, Almaniyada oturum kartı olanlar üçün isə Aufenthalt ola bilər. Əgər pasport təqdim edəcəksinizsə bütün səhifələri beglaubigte kopie edilməlidir. Bunu Rathauslarda edə bilərsiniz. Azərbaycanda yaşayanlar isə yenə Almaniyanın Bakıdakı səfirliyinə vebsayt vasitəsi ilə müraciət etməli və Termin almalıdır. (Termin almaq üçün buradan)
- Leqalizasiya üçün ilk olaraq Bakı şəhərində yerləşən 5 saylı ASAN xidmət mərkəzinə müraciət etməlisiniz. Orada sənədlərinizin sadəcə kopyasının (tərcüməli yox) leqalizasiyasını istədiyinizi bildirin. Çünki Azərbaycanda edilən tərcümələri Almaniya qəbul etmədiyi üçün məcburuq ki andlı tərcüməçilərə müraciət edək.
- Yanınızda aparmalı olduğunuz sənədlər: Leqalizasiya etmək istədiyiniz sənədlərin orjinal halı. Pasport, Dilom və əlavəsi, Doğum şəhadətnaməsi, Nikah şəhadətnaməsi
- (Azərbaycandan kənarda olanlar bir yaxınına etibarnamə verməlidir. Əks halda bu etabdan keçə bilməyəcəksiniz)
- ASAN xidmətdə ilk olaraq Ədliyyə nazirliyindəki proses 10 iş gününə qədər çəkir
- Daha sonra sənədləri təhvil alıb elə həmin filialdakı konsulluq şöbəsinə təhvil verirsiniz. Burada isə 5 iş günü çəkir proses
- Ən sonda isə bu sənədləri Almaniyanın Bakıdakı səfirliyinə aparmalısınız. Bunun üçün siz Termin almalısınız. Hal-hazırda Termini sıra ilə verdikləri üçün özünüz istədiyiniz bir tarixi seçə bilmirsiniz. Siyahıya yazırlar və təqribən 1-1.5 ay sonra sıra ilə hər kəsə mail yazaraq əlaqə saxlayırlar. Bu Termini ASAN xidmətə müraciət etdiyiniz ilk gündən almağa çalışın. Çünki 1 aydan tez gəldiyi görülməyib.
- Məhdudluq üçün isə birbaşa Səhiyyə nazirliyinə müraciət etməlisiniz. Özünüz gedə bilmirsinizsə sizin əvəzinizə bir yaxınınız da sənədlərinizi təqdim edə bilər (Nəzərə alın ki bu sənədin keçərlilik müddəti 3 aydır).
- Məhdudluq üçün yanınızda aparmalı olduğunuz sənədlər: Ərizə (nümunəsini nazirlikdən də əldə edə və elə oradaca yaza bilərsiniz), Diplom və əlaqəsinin kopyası, Vəsiqənizin kopyası.
- Dekanlıqdan əyani oxuduğunuza dair təsdiqli arayış alın. Bu sənədi Leqalizasiya etməyinizə gərək yoxdur. Bunu sadəcə andlı tərcümə və təsdiq edəcəksiniz.
- Azərbaycan polisindən məhkumluq arayışı. Bu arayışı istənilən ASAN xidmət mərkəzindən əldə edə bilərsiniz (Ama nəzərə alın ki bu sənədin də keçərlilik müddəti 3 aydır).
- Seçdiyiniz əyalətə görə işə qəbul müqaviləsi. Bu müqaviləni artıq çox əyalət tələb etdiyi üçün əyalət seçərkən bunu nəzərə alın və artış iş müraciətlərinə başlayın (Almanca termini Zusage‘dır).
- Alman dili sertfikatınız (Minimum B2). Bu sertfikatı həm TELC, həm də TesDAF mərkəzlərindən əldə edə bilərsiniz. Daha doğrusu, bu imtahana hər iki mərkəzdə də daxil ola bilərsiniz.
- Alman dilində aktual bir CV
- Almaniyada 6 aydan çox yaşayanlar Rathauslara müraciət edərək təkrar məhkumluq arayışı almalıdır. Bu isə birbaşa Rathausdan həmin FPS üçün sənədlərinizi toplayan quruma göndərilir.
Bu yazıda sizə bütün əyalətlərdə keçərli olan sənədlərdən bəhs etdik. (Bayern xaric. Bu əyalət Zusage tələb etmir)
FSP üçün edilən müraciətlərdə səbirli olmalısınız. Hansısa prosesdə çətinlik yaşasanız bilin ki hər kəs bu yoldan keçib və siz tək deyilsiniz. Motivasiyanızı itirməyin. FSP prosesində hər birinizə uğurlar diləyirəm!
Geri bildirim: Komandamıza sən də qatıl - FSP Almaniya