Salam dəyərli həkim yoldaşlar! FSP Almaniya
Almaniyada yaşayan əczaçılarımızın məlumat əksikliyindən dolayı FSP və Approbation proseslərinə başlaya bilmədiklərini və ya yanlış yola yönəldiklərini müşahidə etdikdən sonra, sizə dəstək olmaq məqsədilə Dr Almaniya adında bir cəmiyyət yaratmaq qərarına gəldik.
Bu cəmiyyətin əsas məqsədi, həm həkim yoldaşlarımızı doğru məlumatlarla təmin etmək, həm də onların bu uzun və çətin proseslərdə tək olmadıqlarını hiss etdirməkdir.
Dr Almaniya çərçivəsində:
- Məlumat dolu bir vebsayt,
- Fərqli mövzulara toxunan və müsahibələr apardığımız YouTube kanalı,
- Gündəlik suallarınıza cavab verə biləcəyiniz sosial şəbəkə hesablarımız mövcuddur.
Hazırda bizə dəstək olacaq komanda yoldaşları axtarırıq! Xüsusilə Almaniyada yaşayan əczaçı yoldaşlarımızı bu komandaya qoşulmağa dəvət edirəm.
Layihə meneceri olaraq mən, Dr Həsənli Həsən, hər məlumatı təmənnasız şəkildə insanlarla paylaşır, cəmiyyətimizin birlikdə güclü bir dəstək halına gəlməsi üçün səy göstərirəm.
Unutmayın ki, uğur tək başına gəlinən bir yol deyil. Biz birlikdə daha güclüyük, birlikdə daha çox insana kömək edə bilərik. Siz də bizimlə olun və bu yolda həm öz karyeranızı inkişaf etdirin, həm də yüzlərlə həmkarınıza ilham qaynağı olun.
Əziz yoldaşlar, əgər bu layihənin bir parçası olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Gələcəyimizi birlikdə qurmaq üçün bu gün hərəkətə keçək!
Hörmətlə,
Dr Həsənli Həsən
“Komandamızın bir parçası olmaq istəyirsiniz? Bizimlə birlikdə bu yolda insanlara dəstək olmaq və yeni zirvələrə çatmaq üçün bir mesajla başlaya bilərsiniz. ‘Bizə Qoşulun!’ butonuna klikləyərək mənə şəxsi mesaj göndərin!”
Bütün yazılarımızla tanış olmaq üçün: Blog yazıları
FSP Almaniya
İlk öncə bu addımınız üçün çox sağolun.Ümid edirem bütün həmkarlatımızla birlikdə yaxşı işlər göreceyik.